2024-cü ilin fizika üzrə Nobel laureatlarının adları açıqlandı

47

Oktyabrın 8-də Nobel Mükafatları Komitəsi fizika üzrə 2024-cü ilin Nobel mükafatı laureatının adını açıqlayıb. Komitənin qərarı ilə yüksək elmi mükafata amerikalı, Prinseton Universitetinin professoru John J.Hopfield və kanadalı, Toronto Universitetinin professoru Geoffrey E.Hintona “süni neyron şəbəkələri ilə maşın öyrənməsinə imkan verən təməl kəşflərə və ixtiralara görə” layiq görülüblər.

Komitənin açıqlamasında qeyd olunur ki, J.Hopfield məlumatı saxlaya və yenidən qura bilən struktur yaratdı. E.Hinton verilənlərdəki xassələri müstəqil olaraq kəşf edə bilən və hazırda istifadə olunan böyük neyron şəbəkələri üçün vacib hala gələn bir üsul icad ediblər.
Oktyabrın  9-da kimya, 10-da ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli olacaq. Oktyabrın 11-də sülh və nəhayət, oktyabrın 14-də iqtisadiyyat elmləri üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.

Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred  Nobelin doğum günündə keçiriləcək.

 

Oruc Mustafayev

PAYLAŞ