Kimyaçı alimlərin fundamental elmi nəticəsi nüfuzlu xarici jurnalda çap olunub

27

Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar
Kimyası İnstitutu və Bakı Mühəndislik Universitetinin bir qrup aparıcı alimlərinin müştərək
tədqiqatlarının nəticələri Web of Science bazasında indekslənən Journal of the Indian Chemical Society IF 3,2, (CiteScore -3.5, kvartil-Q3) jurnalında nəşr olunmuşdur (Ulviyya Askerova, Namiq Shikhaliyev, Abel Maharramov, Khatira Garazadeh, Svetlana Demukhamedova, Gulnara Akverdieva, Irada Aliyeva, Afsun Sujayev, Study of halogen interactions in dichlorovinyldiazenes: structural analysis, DFT simulation and molecular modeling, Journal of the Indian Chemical Society, 2024, 101447, https://doi.org/10.1016/j.jics.2024.101447.).

Məqalədə qeyd edilir ki, son illərdə sözügedən tədqiqat qrupu 200-ə yaxın müxtəlif
dihalogenləşdirilmiş vinildiazen sintez etmişlər. Bu sinif birləşmələrin əksəriyyəti standart
"bike stop" quruluşuna uyğun olmuşdur. Kimyaçı alimlərin müqayisəli təhlili nəticəsində müəyyən edilmişdir ki, birləşmələrin növü (konformasiyası) eynidir, lakin molekullararası qarşılıqlı təsirlərin təbiəti fərqlidir. Nəzəri-təcrübi hesablamalarla o da müəyyən edilmişdir ki, həm əvəzedicilərin təbiəti, həm də aromatik sistemlərdəki mövqeyi öz tənzimləmələrini edir. Bu işdə dihalogenləşdirilmiş vinildiazen birləşmələrin nümunələrindən istifadə edərək sintez edilən birləşmələrin strukturu ilə xlor atomunun iştirak etdiyi kovalent olmayan qarşılıqlı təsirlərin təbiəti arasında əlaqənin alqoritmi də qurulmuşdur.

PAYLAŞ