Aşqarlar Kimyası İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib

10

12 dekabr 2024-cü il tarixində  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatıçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda həyatlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə İnstitut Həmkarlar Təşkilatının sədri k.ü.f.d., dosent Elxan İsakov çıxış edərək, dahi lider Heydər Əliyevin Azərbaycan və  Azərbaycan xalqının həyatında olan rolundan geniş məlumat verib. O çıxışında bildirib ki, Ümummilli lider Heydər Əliyev bütün həyatını xalqımızın, millətimizin, dövlətimizin inkişaf etməsinə, təşəkkül tapmasına həsr edib. O vurğulayıb ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun şərəfli ömür yolu elə Azərbaycan tarixinin böyük bir hissəsidir.

E.İsakov öz çıxışında qeyd edib: “Heydər Əliyevin rəhbərlik etdiyi sovet Azərbaycanında əldə edilən iqtisadi nailiyyətlər, təməli atılan nəhəng layihələr, bu layihələrin bugünkü müstəqil Azərbaycan üçün strateji önəmi barədə çox danışmaq olar. Amma mən bircə faktı qeyd etməklə kifayətlənmək istərdim ki, Heydər Əliyev 30 il öncə sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq bir məktəbin yaradılmasına nail olub. O məktəb ki, Azərbaycanda milli ordu quruculuğunun əsas tədris ocaqlarından birinə çevrildi. 30 il öncə həmin məktəbin müdavimləri olanlar indi Azərbaycan Silahlı Qüvvələrinin komandirləri, generallarıdır. Əlbəttə, indi bəziləri 1973-cü ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma bu qərarı vermək üçün həqiqətən böyük iradə, cəsarət və uzaqgörənlik lazım idi”.

Tədbirdə k.e.d. A.Məmmədova, k.ü.f.d.M.Abbasova Ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasətdən, onun şərəfli ömür yolundan maraqlı məlumatlar veriblər.

Bütün Azərbaycan xalqı Ulu öndəri böyük rəhmət və minnətdarlıq hissi ilə anır. Allah rəhmət eləsin!

 

PAYLAŞ