https://asoiu.edu.az/single_news/2845
-
Xəbərlər12 Dec 2024
Dekabrın 12-də Elm və Təhsil Nazirliyinin Akademik Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə birlikdə “Elmi nailiyyətlərin beynəlxalq nüfuzunun gücləndirilməsində rolu” mövzusunda təqdimat keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İnstitutun elmi katibi Mehparə Səfərova və Elnarə Həsənova çıxış edərək belə görüşlərin elmi-tədqiqat işlərinin beynəlxalq səviyyədə təqdim olunmasında və əməkdaşlıqların genişləndirilməsindəki əhəmiyyətindən danışıblar.
ADNSU-nun layihələr üzrə meneceri Elmar Quliyev təqdimatla çıxış edərək beynəlxalq reytinqlərdə elmi nailiyyətlərin rolu və əməkdaşlıq perspektivləri barədə məlumat veriblər.
Təqdimat zamanı beynəlxalq reytinqlərin elmi nailiyyətlərin qlobal səviyyədə tanınması, akademik mübadilələrin genişləndirilməsi və universitetlərarası əməkdaşlıqların inkişafına təsiri vurğulanıb. Tədbirdə institutun elmi əməkdaşları və tədqiqatçıları iştirak edərək mövzu ətrafında müzakirələr aparıblar.