Aşqarlar Kimyası İnstitutunda “Üzvi kimyada heterolitik reaksiyalar” mövzusunda seminar keçirilib

6

15 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Üzvi kimyada heterolitik reaksiyalar”  mövzusunda maarifləndirmə seminarı keçirilib.

Giriş nitqi ilə çıxış edən İnstitutun icraçı direktoru professor Əfsun Sucayev bu il İnstitutda  fundamental və tətbiqi sahədə 16 mühüm elmi nəticə əldə olunduğunu, amma onların daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

O qeyd edib ki, maarifləndirmə seminarların bir məqsədi də indiyə qədər yerinə yetirlimiş tədqiqatların nəticələrini müzakirə etmək və bundan sonra həmin tədqiqatların davamı olaraq perspektiv fəaliyyət planını müəyyənləşdirməkdir.

Sonra “Triboloji xassələrə malik üzvi birləşmələr” labortoriyasının müdiri kimya elmlər doktoru, dosent Afəyət Məmmədova “Üzvi kimyada heterolitik reaksiyalar” mövzusunda geniş təqdimatla çıxış edib.

Təqdimatla bağlı elmi katib, k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdiri k.e.d., professor Pərvin Məmmədova  fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

PAYLAŞ