Aşqarlar Kimyası İnstitutunda “Xocalı soyqırımı”nın 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib

1

26 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda YAP Ərazi Təşkilatı, Azad Həmkarlar Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Qadınlar Şurasının təşkilatçılığı ilə “Xocalı soyqırımı”nın 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Tədbirdə Xocalı soyqırımı qurbanları və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə institutun icraçı direktoru k.e.d., prof. Əfsun Sucayev çıxış edərək, 26 fevralın Azərbaycan xalqının tarixinə “Xocalı faciəsi” kimi daxil olduğunu qeyd edib. Xocalı sakinlərinə amansızlıqla divan tutulmasından danışıb, azərbaycanlılara qarşı ermənilərin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətini diqqətə çatdırıb.

O qeyd edib ki, xalqımıza qarşı törədilmiş ağır cinayətin iştirakçılarının bir qrupunun bu gün məhkəmə qarşısında istintaqı və onların əməllərinə hüquqi qiymət verilməsi, cinayət məsuliyyətinə cəlb olunması istiqamətində tədbirlər görülməkdədir.

O, 44 günlük Vətən Müharibəsi və 23 saat 47 dəqiqə davam edən antiterror əməliyyatı zamanı Azərbaycan Ordusunun Şanlı Zəfərini, dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu, erməni vandalizmi nəticəsində həyatını qurban verənlərin qisasının alındığını qeyd edib.

İcraçı direktor belə faicələrin unudulmamasının indiki və gələcək nəsillərin bu hadisələrlə bir daha üzləşməmsi üçün təbliğat-təşviqat işlərinin aparılmasının zəruliliyini vurğulayıb.

Tədbirdə İnstitutun Həmkarlar Təşkilatının sədri  k.ü.f.d., dosent Elxan İsakov təqdimatla çıxış edib.  O bildirib ki, hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyada tanıdılması ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biridir.

Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər.

Sonda “Xocalı soyqırımı”na həsr olunan video çarx nümayiş etdirilib.

 

 

 

 

PAYLAŞ