Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “1Mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə mülki maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində işçilərin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub. Tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hallarda qorunma ilə bağlı mövcud imkanlar, ətraf mühit və təhlükəsizlik məsələləri ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır.
İnstitut Mülki Müdafiə Qərargah rəisi Hüseyn Dünyamalıyev “Yanğın təhlükəsizliyi haqqında” və “Mülki müdafiə haqqında” qanunlardan da danışıb, işçiləri maarifləndirib.
Sonda “1Mart – Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar videoçarx nümayiş olunub.