Bir qrup kimyaçi alimlər – akademik Vaqif Fərzəliyev, professor Əfsun Sucayev, professor Afət Hüseynova və başqalarının Türkiyədən olan aparıcı alimlərlə birlikdə beynəlxalq səviyyədə apardıqları tədqiqatların nəticələri dünyaca məşhur “Springer Nature” nəşriyyatının jurnalı olan “Cell Biochemistry and Biophysics”də dərc olunub (https://link.springer.com/article/10.1007/s12013-025-01740-3).
Məlumata görə, bu multidissiplinar işdə bir sıra yeni oksiran və tiiranların müxtəlif metabolik fermentlərə, o cümlədən asetilxolinesteraza və karbon anhidraz izoenzimlərinə təsiri qiymətləndirilmişdir. Bu tapıntılar, sintez edilmiş birləşmələrin hədəf fermentlər üçün yüksək yaxınlıq və spesifiklik nümayiş etdirdiyini göstərir ki, bu da onların terapevtik agentlər kimi gələcək inkişaf potensialını müəyyən edir. Gələcək tədqiqatlar bu birləşmələrin selektivliyini və bioaktivliyini artırmaq üçün struktur xüsusiyyətlərinin optimallaşdırılmasına, farmakokinetik və farmakodinamik xüsusiyyətlərini qiymətləndirmək üçün in vivo qiymətləndirmələrin aparılmasına və neyrodegenerativ və metabolik xəstəliklərin müalicəsində potensial tətbiqlərinin araşdırılmasına yönəldiləcək.
Məlumat üçün onu da bildirək ki, Cell Biochemistry and Biophysics jurnalı Journal Citation Reports-a əsasən, Q2 kateqoriyalıdır.