Bakı Dövlət Universitetinin tələbələri Aşqarlar Kimyası İnstitutunda təcrübə keçirlər

32

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin IV kurs tələbələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası  İnstitutunun (AKİ) müvafiq laboratoriyalarında istehsalat təcrübəsi keçiblər.

Tələbələr “Zərif üzvi sintez” laboratoriyasında funksional əvəz olunmuş sulfamidlərin və poliaminsulfamidlərin heterotsiklləşmə reaksiyasının yeni üsullarının işlənıb hazırlanması və müxtəlif tərkibli heterosulfamidlər alınması prosesi ilə yaxından tanış olublar. Laboratoriyada sintez edilmiş N-əvəzolunmuş sulfamidlər və onların heterotsiklik törəmələrinin sürtkü yağlarına, sürtkülərə və xüsusi mayelərə aşqar kimi xassələri öyrənilmişdir. Müəyyən edilmişdir ki, bu maddələr bioloji-aktiv maddələr olub həm bakterisid kimi (stafilokok, bağırsaq göbələkləri, penisillium mikroblarına qarşı), həm də antimikrob aşqarlar kimi istifadə oluna bilər. Bu təcrübələr tələbələrə əyani şəkildə izah edilmişdir.

 

PAYLAŞ