Aşqarlar Kimyası İnstitutunda LECO markalı Element Analizatoru işə salındı

41

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi” laboratoriyasında yeni alınmış LECO markalı Element Analizatorunun iş prinsipini mənimsəmək üçün əməkdaşlara “TETRA.AZ” şirkətinin mütəxəssisləri tərəfindən təlim keçilmişdir.

Laboratoriyanın müdiri  k.ü.f.d. Mənsurə Huseynovanın bildirdiyinə görə, artıq bu cihaz vasitəsilə təqdim olunan nümunənin tərkibindəki karbon, hidrogen, azot (CNH)  və kükürd (S) elementlərinin miqdarını təyin etmək mümkün olacaq.

 

PAYLAŞ