Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Yeni Azərbaycan Partiyası (YAP) Ərazi Təşkilatı, Azad Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir təşkil olunub.
Dövlət himninin səsləndirilməsi, eləcə də Ümummilli liderin və bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan tədbirdə institutun baş direktoru akademik Vaqif Fərzəliyev çıxış edərək, Ulu Öndər Heydər Əliyev şəxsiyyətindən, onun dövlətçilik fəaliyyətindən və elmi-ictimai irsindən danışıb. Ulu Öndərin elmə və təhsilə verdiyi xüsusi önəmi qeyd edib. O bildirib ki, bütün elmi-tədqiqat institutlarında fundamental və tətbiqi tədqiqatların təşviqində, yeni laboratoriyaların yaradılmasında və gənc alimlərin elmi fəaliyyətə cəlb olunmasında Heydər Əliyevin xidmətləri əvəzsizdir.
Daha sonra İnstitutun icraçı direktoru professor Əfsun Sycayev bildirb ki, Ümummilli liderin davamlı qələbələrimizə hesablanan strategiyası sonda ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması üçün ciddi əsas olub. Heydər Əliyevin müstəqil dövlətçilik idealları, mübarizəsi Azərbaycan xalqı üçün əsl milli dövlətçilik məktəbi, Azərbaycan gəncləri üçün mənəviyyat dərsidi.
Sonda institut alimləri Ulu öndər Heydər Əliyev haqqında öz xatirələrindən danışıblar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyatına həsr olunan videoçarx nümayiş etdirilib.