Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 may tarixli 275s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2025-ci il üçün
E L A N
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 may tarixli 275s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planı”na əsasən institutun fəlsəfə doktoru proqramı üzrə doktoanturasına qəbul elan edir:
İxtisasın
şifri |
Elm sahələri və ixtisaslar | Fəlsəfə doktoru proqramı üzrə
doktorantura (büdcə hesabına) |
||
Cəmi | əyani | qiyabi | ||
2306.01 | “Üzvi kimya” | 3 | 1 | 2
(ADPU üçün 1 məqsədli yer) |
2314.01 | “Neft kimyası” | 2 | 1 | 1 |
Cəmi: | 5 | 2 | 3 |
- Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
– elmi müəssisənin rəhbərinin adına ərizə;
– kadrların şəxsi-qeydiyyat vərəqi;
– tərcümeyi-hal;
– 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
– iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
– iş yerindən xasiyyətnamə;
– çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması ilə bağlı şəhadətnamə);
– şəxsiyyəti təsdiq edən sənədin surəti;
– xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG, Cambridge English Qualifications – olduğu halda).
- Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi” (TMİS) vasitəsilə elektron qaydada (portal.edu.az vasitəsilə 13.05.2025-ci il tarixindən 3 həftə müddətinə) həyata keçirilir.
- Doktoranturaya qəbul olmaq istəyən şəxs sənədlərini portala yükləməlidir.
Qeyd: 1. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına malik olan şəxslər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyini Dövlət İmtahan Mərkəzi müəyyənləşdirir.
2. Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavabları ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:
https://edu.gov.az/uploads/Ali-tehsil/2025/dokturantura-qebul-telimat.pdf
Əlavə məlumat üçün əlaqə nömrəsi: (+994 12) 514 98 74
E-mail: aki@mail.ru