Aşqarlar Kimyası İnstitutunda doktoranturaya qəbul keçirilib

4

11 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənnindən qəbul imtahanı keçirilib.

İnstitutun Təhsil şöbəsinin müdiri k.ü.f.d. Sədaqət Şamxalovanın  verdiyi məlumata görə, imtahanda “Xarici dil” və “Fəlsəfə” imtahanlarını müvəffəqiyyətlə verərək, növbəti mərhələyə keçən “Üzvi kimya” ixtisası üzrə İsakova Bəyim Rahib qızı və “Neft kimyası” ixtisası üzrə Ağazadə Anar Əkrəm oğlu iştirak ediblər.

“Üzvi kimya” ixtisasında imtahan komissiyasının sədri institutun baş direktoru, akademik Vaqif Fərzəliyev,  üzvləri – icraçı direktor, k.e.d., professor Əfsun Sucayev, elmi katib, k.ü.f.d. Mehparə Səfərova,  “Mühafizəedici üzvi  birləşmələr” laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d. Məlahət Abbasova  və “Fizioloji fəal üzvi birləşmələr  laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d Nəzər  Nəzərov olub. 2 saat müddətində 5 sualı cavablandıran namizəd İsakova Bəyim Rahib qızının nəticəsi müsbət qiymətləndirilib.

“Neft kimyası” ixtisasında imtahan komissiyasının sədri institutun baş direktoru, akademik Vaqif Fərzəliyev,  üzvləri – icraçı direktor, k.e.d., professor Əfsun Sucayev, elmi katib, k.ü.f.d. Mehparə Səfərova , “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasının müdiri, k.e.d.,professor Pərvin Məmmədova və  “Müxtəlif funksiyalı polimer birləşmələr” laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d. Elnarə Həsənova olub. 2 saat müddətində 5 sualı cavablandıran namizəd Ağazadə Anar Əkrəm oğlunun nəticəsi müsbət qiymətləndirilib.

.

 

PAYLAŞ