Aşqarlar Kimyası İnstitutunun 60 illiyi ilə bağlı kitab nəşr olunub

3

 

Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyevin  ideya müəllifliyi ilə AKİ-nin 60 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutu – 60”  tanıtma kitabı  çapdan çıxıb.

Nəşrin tərtibçi-müəllifləri kimya elmləri doktoru, professor Əfsun Sucayev və kimya üzrə fəlsəfə doktoru, dosent Mehparə Səfərovadır.

Kitab  Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyevin  müəllifi olduğu “Baş redaktordan”   ön sözü ilə başlayır.

Kitabın məqsədi Aşqarlar Kimyası İnstitutunun yarandığı vaxtdan indiyə qədər keçdiyi 60 illik şərəfli yola bir daha işıq salmaq, onun ayr-ayrı dövrlər üzrə inkişaf tarixi, strukturu, elmi fəaliyyət istiqamətləri, əldə olunan fundamental, tətbiqi elmi nailiyətləri, alim və mütəxəssisləri, beynəlxalq əlaqələri, yüksək ixtisaslı kadr hazırlığı, elm və təhsilin inteqrasiyası istiqamətində görülmüş işlər haqqında zəruri məlumatları ümumiləşdirərək elmi ictimayyətə çatdırmaqdır. Kitab universitet və elmi-tədqiqat institutlarında uyğun sahələrdə elmi fəaliyyətlə məşğul olan alim və mütəxəssislər üçün etibarlı mənbə kimi də nəzərdə tutulmuşdur.

Nəşrdə AKİ-nın fəaliyyətini vizual şəkildə təqdim edən fotoşəkillər və təsviri məlumatlar da əks olunub.

 

 

PAYLAŞ