Aşqarlar Kimyası İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

23

 

12 dekabr 2025-ci il tarixində  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatıçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Ümummilli Lider Heydər Əliyevin  əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə giriş nitqi ilə çıxış edən institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Mehparə Səfərova qeyd edib ki, dahi lider Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyətdir. O, bütün həyatını xalqımızın, millətimizin, dövlətimizin inkişaf etməsinə həsr edib. O vurğulayıb ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun şərəfli ömür yolu elə Azərbaycan tarixinin böyük bir hissəsidir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

Daha sonra İnstitut Həmkarlar Təçkilatının sədri kimya üzrə fəlsəfə doktoru, dosent Elxan İsakov təqdimatla çıxış edib.

O çıxışında bildirib ki, müstəqil Azərbaycan tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyevin şah əsəridir: “Onun qəlbi həmişə Azərbaycanla döyünüb. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Azərbaycanın bu gününə nəzər salsaq, qeyd-şərtsiz iddia edə bilərik ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini 20-30 il öncədən görən lider olub: “Heydər Əliyev hərbi təhsil sisteminin yaradılmasına və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdi. Məlumdur ki, hələ sovet dövründə Heydər Əliyev bu mühüm sahədə dəyərli işlər görmüşdü və milli hərbi kadrlar hazırlığı üçün qiymətli bir baza yaratmışdı.  O baza ki, Azərbaycanda milli ordu quruculuğunun əsas tədris ocaqlarından birinə çevrildi”.

Tədbir institut əməkdaşlarının çıxışları ilə yekunlaşıb.

PAYLAŞ