18-19 dekabr 2025-ci il tarixlərində Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Türkiyənin Ankara Universiteti, Qars Qafqaz Universiteti, Özbəkistanın Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin elmi tərəfdaşlığı ilə akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illik yubileyinə həsr edilmiş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda II beynəlxalq elmi konfransı keçirilib.
Konfrans çərçivəsində BDU-nun akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya üzrə elm müsabiqəsi” və “Akademik Yusif Məmmədəliyev” məqsədli təqaüdünün nəticələri açıqlanıb.
Sonda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii kompozisiya nümayiş olunub.
Konfrans öz işini “Zərif üzvi sintez və koordinasion birləşmələr”, “Alternativ enerji mənbələri və neft kimyəvi sintez”, “Kataliz və materialşünaslıq” və “Kimyanın tədrisində müasir yanaşmalar” adlı 4 bölmə iclası ilə davam etdirib.
AR ETN Aşqarlar Kimyası İnstitutunun alimləri konfransda iştirak ediblər.





