Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Kimya İnstitutu” PHŞ-nin Aşqarlar Kimyası bölməsində “2 Fevral – Gənclər Günü” ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan akademik Vaqif Fərzəliyev bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən 1997-ci il fevralın 2-də imzalanan Fərmana əsasən, hər ilin 2 fevral tarixi ölkədə “Gəncləri Günü” kimi qeyd edilir: “Ulu öndər hər zaman gənclərə diqqət və qayğı göstərib və onların inkişafı üçün hər bir sahədə köməklik göstərib. Bu günün təsis olunması da Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi.”
Akademik V.Fərzəliyev qeyd edib ki,. Azərbaycan gəncliyi istər Vətən müharibəsində, istərsə də ondan sonrakı dövrdə üzərinə düşən tarixi vəzifələrin öhdəsindən layiqincə gəlib. Vətən müharibəsinin əsas hərəkətverici qüvvəsi gənclər olub. Vətən müharibəsindəki Qələbəmiz həm də gənclərlə bağlı aparılan uğurlu siyasətin nəticəsi idi.
Tədbirdə çıxış edən İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Mustafayeva bildirib ki, təhsil siyasətinin əsas hədəflərindən biri gənc nəsillərin savadlı və vətənpərvər ruhda yetişməsidir. Savadlı gənclərin onlara göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk etdiyini qeyd edib və elmi gəncliyi bundan sonra daha da fəal olmağa çağırıb.
İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Jalə Hüseynova “2 Fevral Gənclər günü”nə həsr olunan maraqlı təqdimatla çıxış edib.





