Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyənin Dokuz Eylül Universiteti (DEU) arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində riyaziyyat, statistika, fizika, kompüter elmləri, biologiya və kimya olmaqla altı fundamental elm sahəsini əhatə edən 4-cü ikitərəfli beynəlxalq onlayn elmi seminar keçirilib. Seminarda AR Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun “Bioüzvi kimya” laboratoriyasının böyük elmi işçisi kimya üzrə fəlsəfə doktoru İbadulla Mahmudov “Synthesis and study of new Cu complexes based on pyrazole and dicyandiamide” mövzusunda məruzə etmişdir. Eyni zamanda onlayn seminarın kimya panelinin moderatoru olmuşdur.
Məlumat üçün bildirək ki, İ.Mahmudov Azərbaycan Elm Fondunun 4-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin (AEF-BQM-BRFTF-4-2024-5(53)) qalibi olan «Patoloji proseslərin inkişafı ilə əlaqəli yeni metaloenzim inhibitorlarının yaradılması və in vitro və in vivo təcrübələrində onların effektivliyinin öyrənilməsi» layihəsinin icraçısıdır və təqdim etdiyi tədqiqat işini bu layihə çərçivəsində yerinə yetirmişdir.

