“Magistr–2018”müsabiqəsinin nəticələri açıqlandı

1957

AMEA prezidentinin 23 yanvar 2018-ci il tarixli 51 nömrəli sərəncamına əsasən magistrantların elmi nailiyyətlərinin artırılmasına dəstək vermək, təhsildə və elmdə yüksək nəticələr göstərən magistrantların fəaliyyətini stimullaşdırmaq məqsədilə “Magistr–2018” müsabiqəsi elan olunmuşdur.

Müsabiqədə iştirak etmək məqsədilə AMEA-nın 47 magistrantı sənədlərini AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim etmişdir. Təqdim edilən sənədlərin təhlili və qiymətləndirilməsi AMEA prezidentinin  20  aprel  2018-ci  il  tarixli 184 nömrəli sərəncamı ilə yaradılmış Ekspert komissiyası tərəfindən həyata keçirilmişdir. Komissiya iddiaçıların əldə etdikləri nəticələri təhlil edərək yekun rəy hazırlamış və AMEA-nın prezidentinə təqdim etmişdir.

AMEA prezidentinin 07  iyun  2018-ci il tarixli 269 nömrəli sərəncamına əsasən Komissiyanın təqdimatı nəzərə alınaraq  “Magistr–2018”müsabiqəsinin qalibləri müəyyən edilmişdir. Müsabiqəsinin nəticələrinə görə akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun II kurs magistrantı Həsənli Sevinc Əliqismət qızı 2-ci yerə layiq görülmüşdür.

 

 

PAYLAŞ