“Kimya İnstitutu” PHŞ-də 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib

1

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  “Kimya İnstitutu” PHŞ-də  31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib.

Tədbir iştirakçıları soyqırım qurbanları və Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.

Anım tədbirini giriş nitqi ilə  akademik Vaqif Fərzəliyev açaraq, 1918-ci ilin mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciə olmasından danışıb, mənfur ermənilərin xalqımıza qarşı ən qəddar zorakılıq üsullarından istifadə etməklə, tarixdə misli görünməmiş cinayətlər törətdiklərini nəzərə çatdırb, 44 günlük Vətən Müharibəsi və 23 saat 47 dəqiqə davam edən antiterror əməliyyatı zamanı Azərbaycan Ordusunun Şanlı Zəfərini, dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu, erməni vandalizmi nəticəsində həyatını qurban verənlərin qisasının alındığını qeyd edib.

Anım  tədbirində   kimya üzrə fəlsəfə doktoru, dosent Elxan İsakov geniş təqdimatla çıxış edib, qeyd edib ki: “Mart soyqırımı zamanı Bakı, Quba, Şamaxı və digər ərazilərdə   qırğınlar törədilib, öldürülən insanların sayı dəqiq bilinmir.  Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan elindən-obasından didərgin düşmüşdur. Qubada həyata keçirilən bu ağlasığmaz qırğının digər bölgələrdə həyata keçirilən qırğınlaradan əsas fərqi bundadır ki, digər soyqırımlar azərbaycanlılara qarşı yönəlmişdisə, Quba qəzasında etnik düşmənçilik azərbaycanlılarla yanaşı həm də digər millətlərə — ləzgilərə, ləzgidilli xalqlar olan qrızlara, buduğlara, ceklərə, həmçinin bütün tat əhalisinə qarşı yönəlmişdi”.

Azərbaycanlılara qarşı qanlı qırğınlar zamanı ictimai və şəxsi binalara da çox böyük ziyan dəymişdir

Ümummilli lider Heydər Əliyev 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır. 2013-cü ildə Prezident İlham Əliyevin qərarı ilə, soyqırımda öldürülənlərin xatirəsinə Quba Soyqırım Memorial Kompleksi yaradılmışdır.

 

PAYLAŞ