“Müasir dövrdə korroziya problemləri və həlli yolları” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

4

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun təşkilatçılığı ilə 15-16 oktyabr 2026-cı il tarixində “Müasir dövrdə korroziya problemləri və həlli yolları” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Konfransın bölmələri:

  1. Korroziyanın nəzəri problemləri
  2. Korroziya və materialşünastlıq
  3. Atmosfer korroziyasından müdafiə vasitələri
  4. Korroziya inhibitorları, mikrobioloji korroziya və ondan müdafiə üsulları.

 

Məruzələrin tezislərinin qəbulu 05 sentyabr 2026-cı il tarixinə qədər davam edəcək.

Əlaqə məlumatları: E-mail: ipcplab3@gmail.com

Tel:(+99412) 490 24 43

TƏRTİB QAYDALARI

 

Plenar məruzələrin tezisləri (1–5 səhifə) və məruzələrin tezisləri (1–2 səhifə) aşağıdakı tələblərə uyğun tərtib olunmalıdır:

  • Məruzələr azərbaycan, rus və ingilis dillərindən birində (azərbaycan və rus dillərində olan məruzələrin sonunda ingilis dilində xülasə olmalıdır), A4 formatda, 1 nüsxə (bütün müəlliflər tərəfindən imzalanır) kağız və elektron formada qəbul olunur;
  • Məruzələrin mətni kompüterdə Microsoft Word proqramında, Times New Roman standart 12 şriftlə, sətirlərarası interval – 1,15, sağ və soldan – 2,5 sm, yuxarı və aşağıdan – 2,5 sm, abzas – 1,25 məsafə saxlamaqla və sətirdən sətrə keçməmək şərtilə çap olunmalıdır;
  • Formulalar ChemDraw proqramında yığılmalıdır;
  • Əvvəlcə məruzənin adı iri hərflərlə Times New Roman 12 şriftlə (B), 1 sətir sonra müəlliflərin adı, atasının adı və soyadı 12 şriftlə, 1 sətir sonra təşkilatın adı, şəhər və ölkə 12 şrift (İ) və sonrakı sətirdə elektron poçt ünvanı 12 şriftlə (İ) (U) verilməlidir;
  • Mətnə daxil edilən cədvəllərin adı Times New Roman 10 şriftlə (B) (İ), 1,15 intervalla yazılmalıdır. Cədvəlin içində mətn Times New Roman 10 şriftlə verilməlidir;
  • Mətnə daxil edilən şəkillər, sxemlər, qrafik materiallar mətnin içində və ya sonda olmalıdır. Şəkilaltı yazılar Times New Roman 10 şriftlə (B) (İ) yazılmalıdır. Şəkillər ayrıca JPG formatda da göndərilməlidir;
  • Səhifələr nömrələnməməlidir;
  • Ədəbiyyat siyahısı Times New Roman 10 şriftlə yazılmalı, nömrələnməsi adi qayda üzrə olmalıdır.

Tezisin orijinallığını təsdiq edən hesabat (“StrikePlagiarism” antiplagiat sistemində) təqdim olunmalıdır.

Təqdim olunan məruzələrə görə bütün məsuliyyəti müəlliflər özü daşıyır.

Məruzələrin çap olunması üçün təsdiq olunmuş ekspertiza aktı, müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktub göndərilməlidir. Təşkilat Komitəsi göndərilmiş materialların seçilmə və qəbul olunma hüququnu özündə saxlayır.

Konfransın nəticələrinə görə seçilmiş məruzələr Web of Science bazasında indeksləşən “Processes of Petrochemistry and Oil Refining” (PPOR) jurnalında çap oluna bilər.

Məruzələrin tezislərinin qəbulu 05 sentyabr 2026-cı il tarixinə qədər davam edəcək.

 

 

 

 

PAYLAŞ