Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Kimya İnstitutu” PHŞ-in elmi işçisi Mustafayeva Günay Gəray qızı 2306.01 – “Üzvi kimya” ixtisasından kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Tiokarbon, tiosianat turşuları və qliserin törəmələrinin əsasında yeni üzvi maddələrin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi” mövzusunda dissertasiya işini müdafiə etmişdir.
G.Mustafayevanın mövzu ilə əlaqədar əldə etdiyi və mühüm elmi yenilikləri, sintez etdiyi 29 yeni maddənin fundamental elmi və tətbiqyönlü əhəmiyyətə malik olması və aparılmış tədqiqatlar nəticəsində üzvi kimyanın az öyrənilmiş bir sahəsi olan ditiolların fiziki-kimyəvi xassələri, onların yağlayıcılıq xassələrinin öyrənilməsi istiqamətində apardığı müfəssəl tədqiqatlar və onların aşqar kimi tədqiqi ilə bağlıdır.
İnstitutun gənc alimi Mustafayeva Günay Gəray qızı 2306.01 – “Üzvi kimya” ixtisasından kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Kimya üzrə fəlsəfə doktoru Mustafayeva Günay Gəray qızını təbrik edir, elmi fəaliyyətində uğurlar arzulayırıq.


