İyulun 11-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Rəyasət Heyətinin qərarı ilə akademik Vaqif Fərzəliyev Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin olunub. İclasda AMEA-nın elmi bölmələrinin bürolarının yeni tərkibləri məsələsinə də baxılıb. Bildirilib ki, hər bir bölmənin büro iclasında akademik-katiblərin müavinləri və büro üzvlüyünə seçkilər keçirilib, nəticələr Rəyasət Heyətini təqdim edilib. Müzakirələrdən sonra Rəyasət Heyəti Kimya Elmləri, Yer Elmləri, Biologiya və Tibb Elmləri, Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin bürolarının yeni tərkiblərini təsdiq edib.
Ana səhifə
Xəbərlər Akademik Vaqif Fərzəliyev AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin...