Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Kimya İnstitutu” Publik Hüquqi Şəxsdə innovasiya və texnologiyaların transferi mövzusunda tədbir keçirilib. İnstitutun direktoru səlahiyyətlərini icra edən professor Əfsun Sucayev bu görüşün elmi tədqiqatların kommersiyalaşdırılması və elmi müəssisə-sənaye əməkdaşlığı çərçivəsində təşkil edildiyini bildirib.
O qeyd edib ki, optimallaşdırma tədbirləri ilə əlaqədar yeni formalaşan Kimya İnstitutunda fundamental tədqiqatlarla yanaşı innovativ layihələr böyük önəm veriləcək: Bunda ötrü İnstitutn təsdiq olunmuş strukturunda “İnnovasiya və texnologiyaların transferi Ofisi” yaradılıb. Bu ofisin əsas işi alimlərimizlə sənaye sahələri arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, həyata keçməsi vacib və real olan ideyaları layihələndirib, uyğun sənaye müəssisələrin çıxarılmasını əhatə edəcək. İlk olaraq tətbiqyönlü fəaliyyət göstərən laboratoriyalarımızda alimlərlə birgə müzakirə aparılmalı, prioritet istiqamətlər müəyyənləşdirilməli və onların reallaşdırılması istiqamətində çalışmaq lazımdır”.
O, fəaliyyətə başlayacaq yeni Ofisin geniş imkanlar açdığını qeyd edib, bu mərkəzin ölkə başçısının Azərbaycanın mövcud iqtisadi reallıqlarına uyğun sosial-iqtidsadi siyasətin, ölkə iqtisadiyyatının sənayeləşmə tədbirlərinin həyata keçirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin icrasını, sənayedə elmin xüsusi çəkisinin artırılmasında yerli elmi tədqiqat müəssisəsi kimi Kimya İnstitutunun da fəal iştirakını təmin edəcəyinə əminliyini bildirib.
Ə.Sucayev tədqiqatçı gənclərin “İnnovasiya və texnologiyaların transferi Ofisi”n potensialından fəal istifadə etməsinin vacibliyini vurğulayıb, onları gələcəkdə elmin transferinin istehsal sahələrində real tətbiqini tapmasında yaxından iştirak etməyə səsləyib.
Görüşdə iştirak edən AR Elm və Təhsil Nazirliyinin YT Parkının baş mütəxəssisi Bünyamin Seyidov təmsil etdiyi qurumda innovasiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi, elmin kommersiyalaşdırılmasının stimullaşdırılması ilə bağlı əhəmiyyətli işlər görüldüyünü qeyd edib. O, artıq institutlarda texnologiyaların transferi ilə əlaqədar ofislərin fəaliyyətə başlaması ilə elmi müəssisə və təşkilatlarda əldə olunan innovativ perspektivli elmi nailiyyətlərin tətbiqi, eləcə də beynəlxalq elmi-innovativ fəaliyyətin gücləndirilməsinə xidmət edəcəyini diqqətə çatdırıb.
O, təqdimatla çıxış edərək texnologiyaların kommersiyalaşdırılması, elmin kommersiyalaşdırılması və texnologiya transferində Avropa təcrübəsi, patentləşdirmə, lisenziyalaşdırma, elmi-tədqiqat layihələrinin sənayeyə transferi və kommersiyalaşdırılması, kommersiya potensialı yüksək olan patent layihələri və onların transferi, və sair məsələlər haqqında geniş məlumat verib, görüş iştirakçılarının müxtəlif suallarını cavablandırıb.





