AR ETN “Kimya İnstitutu” PHŞ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2026-cı il üçün doktorant hazırlığı üzrə qəbul planı”na əsasən aşağıda göstərilmiş ixtisaslar üzrə qəbul elan edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:
2303.01” Qeyri-üzvi kimya” – 4 yer (3 əyani, 1 qiyabi)
2304.01” Makromolekullar kimyası” – 2 yer (1 əyani, 1 qiyabi)
2307.01 “Fiziki – kimya” 3 yer (1 əyani, 2 qiyabi,
1 yer SDU üçün məqsədli)
2306.01 “Üzvi kimya” 2 yer (1 əyani, 1 qiyabi)
2314.01 “Neft kimyası” 3 yer (1 əyani, 2 qiyabi,
1 yer SDU üçün məqsədli)
2314.01 “Kimyəvi kinetika və kataliz” 4 yer (3 əyani, 1 qiyabi)
3303.01 “Kimya texnologiyası və mühəndisliyi” 3 yer (2 əyani, 1 qiyabi)
Qəbul şərtləri:
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd təqdim edə bilərlər.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dil, fəlsəfə və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayan şəxslər fəlsəfə fənni üzrə imtahanda, fəlsəfə fənni üzrə “məqbul” qiymət alan şəxslər isə ixtisas fənni üzrə imtahanda iştirak etmək hüququ əldə edirlər.
Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada 19 may 2026-cı il tarixindən 9 iyun 2026-cı il tarixi saat 18:00-dək həyata keçiriləcək.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər portal üzərindən və eyni zamanda instituta təqdim edilməlidir:
– elmi müəssisənin rəhbərinin adına ərizə;
– kadrların şəxsi-qeydiyyat vərəqi;
– tərcümeyi-hal;
– 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
– iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
– iş yerindən xasiyyətnamə;
– çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması ilə bağlı şəhadətnamə);
– şəxsiyyəti təsdiq edən sənədin surəti;
– xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG, Cambridge English Qualifications – olduğu halda).
Qeyd edək ki, xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına malik olan şəxslər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyini Dövlət İmtahan Mərkəzi müəyyənləşdirir.
Əlavə məlumat üçün institutun Elmi kadrların hazırlığı sektoruna müraciət edin.
ÜNVAN: AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H. Cavid pr., 113. Tel: (+994 12) 5399382, (+994 12) 5393871 (+994 12) 5397756. Fax: (+994 12) 5108593.

