“Kimya İnstitutu” PHŞ-nin 5 saylı laboratoriyasının əməkdaşları Beynəlxalq Simpoziumda iştirak etmişlər

80

25-28 may 2026-cı il tarixlərində 5 saylı “Nanoelektrokimya və hidrogen enerjisi” laboratoriyasının əməkdaşları Sevinc Cavadova, Samirə Cəfərova və Vüsalə Məcidzadə Serbiyanın Belqrad şəhərində keçirilən 10th International Symposium on Materials for Energy Storage and Conversion” beynəlxalq simpoziumunda (MESC- IS 2026) iştirak etmişlər.

Simpoziumda Hidrogen enerjisinin saxlanması və çevrilməsi üçün materiallar sahəsində Kanada, İspaniya, Bolqarıstan, Polşa, Gürcüstan, İtaliya, Çin, Türkiyə və digər ölkələrdən olan  alim və mütəxəssislər iştirak etmişlər.

Xatırladaq ki, bu simpozium 2015-ci ildən keçirilməyə başlanmışdır. Simpozium hər il – tək illərdə Türkiyədə, cüt illərdə isə iştirakçı ölkələrdən birində keçirilir. İndiyə qədər Türkiyənin müxtəlif bölgələrindən başqa, simpozium Serbiya, Xorvatiya və Azərbaycanda keçirilmişdir.

Simpoziumda S. Cavadova “lllumination-Dependent Electrochemical Impedance Analysis of Bi₂O₃-based photoelectrodes” adlı məruzə ilə çıxış etmişdir.

PAYLAŞ