“Amazon”un, həm texnologiya, həm də pərakəndə satış baxımından dayanmadan böyüməsi hər iki sektorda olan şirkətləri narahat edir.
Milli.Az facemark.az-a istinadən bildirir ki, rəqibləri ilə mübarizə aparmaq istəyən “Microsoft” və “Walmart” güclərini birləşdirərək beş illik müqaviləyə imza atıblar.
“Walmart” “Microsoft”un infrastrukturundan istifadə edəcək
“Walmart” texnologiya şirkəti ilə olan əməkdaşlığını “Microsoft”un təşkil etdiyi “Inspire” tədbirində elan edib. Razılığa görə, “Walmart” “Microsoft”un bulud texnologiyasından faydalana biləcək. “Azure” və “Microsoft 365” servislərindən istifadə xaric, “Walmart”ın mexanika öyrənmə, süni intellekt, məlumat platformaları texnologiyalarında yeni layihələrə fokuslanacağı gözlənilir.
“Walmart”ın “Amazon Prime”a bənzər “Vudu” platforması var, amma o hələ də böyük məşhurluq əldə edə bilməyib. “Walmart” “Amazon Prime” və “Netflix” ilə rəqabət aparmaq üçün öz şəxsi videoresursunu yaradacaq. Yeni platformada kontentin isə rəqibləri ilə müqayisədə daha ucuz olacağı gözlənilir. “Walmart” abunə modelinə bel bağlayır, riteyler güman edir ki, bu addım daha böyük auditoriya cəlb edəcək.
Qeyd edək ki, “Amazon” “Walmart” üçün pərakəndə sektorunda ən böyük rəqib hesab olunur. “Microsoft” isə bulud texnologiyalarında inkişafına görə, “Amazon”a rəqibdir. “Microsoft”un baş icraçı direktoru Satya Nadella isə yeni əməkdaşlıq ilə bağlı ümidli olduqlarını deyib.
Milli.Az