Hörmətli həmkarlar,
Naxçıvan Dövlət Universitetində 15–16 oktyabr 2026-cı il tarixlərində “Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO 29)” keçiriləcək . Elmin bütün sahələrini əhatə edən konfrans ənənəvi (üzbəüz) formatda təşkil olunacaq. Tədbir doktorantlar və gənc tədqiqatçılar üçün elmi nəticələrin təqdimatı, aktual mövzular ətrafında müzakirələrin aparılması, təcrübə və bilik mübadiləsinin həyata keçirilməsi, eləcə də müxtəlif elm sahələri arasında multidissiplinar əməkdaşlığın və yeni elmi yanaşmaların formalaşdırılması baxımından mühüm platforma rolunu oynayacaq.
“Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransına (NASCO 29)” sənəd qəbulu 1 oktyabr 2026-cı il tarixinədək davam edir.

