Oktyabrın 7-də Nobel Mükafatları Komitəsi kimya üzrə 2026-cı ilin Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. İsveç Kral Elmlər Akademiyasının qərarına əsasən, kimya üzrə Nobel mükafatına “Asimmetrik üzvi sintezdə qeyri-xətti effektlərin və avtokatalizin kəşfinə görə” Henri Kaqan (Fransa), Kenso Soal (Yaponiya) layiq görülüblər.
Komitənin açıqlamasında qeyd olunur ki, Henri Kaqan kimyəvi reaksiyaları manipulyasiya etməyin yeni bir yolunu kəşf etdi və güzgü görüntülərindən birinin əvvəllər mümkün hesab ediləndən daha böyük bir hissəsinin yaradılmasına imkan verib. Onun kəşfi dərman, ətir, qoxu və yeni materialların istehsalı üçün reaksiyalar hazırlayan kimyaçılar üçün inqilabi oldu.
Kenso Soai, potensial güzgü görüntülərindən yalnız birinin əmələ gəldiyi ilk kimyəvi reaksiyanı hazırlayıb. Həyatın özündən başqa heç kim bu uğura nail ola bilməyıb. Soai reaksiyası indiyə qədər aparılan ən möhtəşəm kimyəvi təcrübələrdən biridir.
“Henri Kaqan və Kenso Soai bir əsrdən çox yaşı olan kimyəvi bir sirrə həll yolu təqdim etdilər: homoxirallığın necə kortəbii şəkildə ortaya çıxa biləcəyi. Onların inkişaf etdirdiyi kimyəvi reaksiyalar möhtəşəmdir”, – deyə Kimya üzrə Nobel Komitəsinin sədri Heiner Linke bildirib.
Henri B. Kaqan 1930-cu ildə Fransanın Bulon-Bilankur şəhərində anadan olub. PhD dərəcəsini 1960-cı ildə Fransanın “Collece de Frans”da alıb. Fransanın o vaxtkı Paris-Sud Universitetinin fəxri professorudur.
Kenso Soai 1950-ci ildə Yaponiyanın Hirosima şəhərində anadan olub. 1979-cu ildə Yaponiyanın Tokio Universitetindən doktorluq dərəcəsi alıb. Yaponiyanın Tokio Elm Universitetinin fəxri professorudur.



