Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu jurnalda çap olunub

1647

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun alimlərinin türkiyəli həmkarları ilə birgə beynəlxalq tədqiqatlarının nəticələri “Elsevier” nəşriyyatının “Polyhedron” jurnalında (M.Huseynova, P.Taslimi, A.Medjidov, V.Farzaliyev, M.Aliyeva, A.Sujayev, G.Gondolova, O.Şahin, B.Yalçın, E.B.Orman, A.R.Özkaya, İ.Gülçin – “Synthesis, characterization, crystal structure, electrochemical studies and biological evaluation of metal complexes with thiosemicarbazone of glyoxylic acid”) dərc edilib.
Məqalə tiosemikarbazonun qlioksil turşusu ilə metal komplekslərinin sintezi, kristal strukturunun müfəssəl təhlili, elektrokimyəvi tədqiqatlar və bioloji fəallığının öyrənilməsinə həsr olunub.
Qeyd edək ki, “Polyhedron” jurnalında qeyri-üzvi kimyanın bütün sahələrinə dair fundamental, eksperimental və nəzəri işlər dərc olunur. Bunlara sintetik kimya, koordinasiya kimya, organometalik kimya, bio-qeyri üzvi kimya və s. daxildir. 1982-ci ildən dərc olunan nüfuzlu jurnal “Tomson Reuters” beynəlxalq bazasında referatlaşdırılıb.

PAYLAŞ