Professor Cavadova Azərbaycan Dövlət Neft və Sənaye Universitetində cıxış etdi

1681

29  mart 2019-cu il tarixində AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun texnika elmləri doktoru, professor H.Ə.Cavadova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbə və müəllim heyətinin iştirakı ilə keçirilən seminarda“Azərbaycan neftlərindən sürtkü yağlarının istehsalı tarixi” adlı mühazirə ilə çıxış etmişdir.

Mühazirədə sürtkü yağlarının istehsalı, yağların qocalmasına təsir edən amillər, həmçinin hal-hazırda keyfiyyətli motor yağlarının alınması sahəsində dünyada ən müasir texnologiya sayılan və Shell firması tərəfindən istifadə edilən ing.“qaz-to-liquid” (yəni, qazdan yağın alınması)  GTL texnologiya haqqında  məlumat verilmişdir.

 

PAYLAŞ