Alimlər insan hüceyrələrinin çox sürətli 3D çap üsulunu hazırlayıblar

1559

İnsan toxumaları və orqanlarının 3D çapı üzrə mövcud metodlar bir mühüm çatışmazlığa malikdir: bu proses çox vaxt tələb edir. Məsələn, saniyədə bir neçə millimetr çap etmək mümkündür ki, bu da hüceyrələrin yaşaması üçün böyük problemdir. Vyana Texnologiya Universitetinin alimləri çap müddətini xeyli azalda biləcək yeni bir metod hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yüksək təsvir ölçülü yeni bioçap prosesi üçün xüsusi biomürəkkəb tələb olunur. Alimlər bildirirlər ki, yeni 3D çap üsulunun əsasını yüksək dəqiqlikli çox nazik üçölçülü strukturlar yaratmaq üçün əlverişli olan ikifotonlu polimerləşmə metodu təşkil edir.

Professor Aleksandr Ovsyanikovun sözlərinə görə, üçölçülü strukturlardan istifadə hüceyrələrdəki davranışı əvvəllər mümkün olmayan dəqiqliklə öyrənməyə imkan verir. Bu, xəstəliklərin yayılmasını öyrənmək imkanını və kök hüceyrələrindən istifadə etməklə fərdi sifariş üzrə insan toxuması hazırlamağı mümkün edir.

Yeni bioçap üsulunun digər mühüm xüsusiyyəti onun sürətidir.

Emil Hüseynov

PAYLAŞ