Dünyada ən dayanıqlı batareya hazırlanıb

1157

Con Hopkins Universitetinin Tətbiqi fizika laboratoriyasının alimləri dünyada ən dayanıqlı batareya hazırlayıblar. Yenilik yanğına, istənilən kimyəvi birləşmələrə, suya və hətta gülləyə dayanıqlıdır.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, Con Hopkins Universitetinin Tətbiqi fizika laboratoriyasının fiziklərinin rəhbərliyi altında çalışan tədqiqatçılar komandası 5 il ərzində istənilən növ deformasiyalara qarşı dayanıqlı olan litium-ion batareyası üzərində işləyirdi. Alimlər sözügedən batareya üzərində müxtəlif əməliyyatları (kəsmək, əymək, güllə ilə vurmaq və müxtəlif kimyəvi maddələrin təsirinə məruz qoymaq) sınaqdan keçiriblər, lakin o öz işinə davam edib. Bu batareya, həmçinin odadavamlıdır.

Emil Hüseynov

 

PAYLAŞ