İslam İnkişaf Bankının Təqaüd Proqramı

1798

İslam İnkişaf Bankı (İİB) 2020-2021-ci illər üzrə Təqaüd Proqramı elan edir.

Proqram çərçivəsində Azərbaycanda ən qabaqcıI universitetlərin birində bakalavr, magistr və doktorantura təhsilinin alınması, doktorantura təhsilindən sonra tədqiqat işinin aparılması, eyni zamanda реşə təhsilinin alınması, və  təlimlərin keçirilməsi üçün İİB-na birbaşa müraciət edilə bilər. İİB tərəfindən prioritet sayılan təhsil sahələrinin yerli universitetlərdə olmadığı təqdirdə, tələbələr İİB-in üzv ölkələrinin universitetlərində təqaüd proqramı üzrə  təhsil ala bilərlər.

Proqram haqqında ətraflı məlumatı İİB-nin rəsmi saytından (www.isdb.org) əldə etmək olar. Maraqlı olan şəxslər 28.02.2020-ci il tarixinədək İİB-nin rəsmi saytında qeydiyyatdan keçməklə öz  ərizə  formalarını   dolduraraq elektron _qaydada təqdim etməlidir.

Proqramda iştirak etmək üçün müraciət etmiş şəxslərin beynəlxalq əlaqələr üzrə məsul İradə Eyvazova ilə əlaqə saxlaması xahiş olunur.

 

PAYLAŞ