ABŞ-da diş minasını bərpa edə bilən nanəli nabat hazırlamışlar

884

ABŞ Washington Universitetinin alimləri zədələnmiş diş minasının bərpasına kömək edən nanəli  nabat hazırlamışlar. Bu barədə Futurism məlumat verir.

Sağlam şirin məhsul yaratmaq üçün mütəxəssislər dişlərin səthində yeni mina qatları qurmağı bacaran modifikasiya olunmuş zülaldan istifadə etmişlər. Bundan əlavə konfetə mina üçün tikinti materialı sayılan  fosfor və kalsium ionları əlavə etmişlər.

Mütəxəssislər artıq canlı gəmiricilər üzərində, eyni zamanda insanlar, donuzlar və siçovullardan çıxarılan dişlər üzərində məhsulun effektivliyini sınamışlar. Müşahidələr göstərmişdir ki, gündə bir konfetdən istifadə etmək minanı möhkəm vəziyyətdə saxlamaq, ikisindən istifadə  isə diş səthini bir neçə mikron bərpa etməyə imkan verir. Bundan əlavə konfetin  ağardıcı təsiri var, buna görə yeni minanın rəngi daha açıq olacaqdır. İndi alimlər  üç ay ərzində aparılacaq klinik sınaqlara hazırlaşırlar.

PAYLAŞ