ABŞ-da qanda xərçəng hüceyrələrinin məhv edilməsi üçün lazer hazırlanıb

1699

Arkanzas Universitetinin alimləri qan damarlarında hərəkət edən xərçəng hüceyrələrini məhv edə bilən lazer texnologiyasını uğurla sınaqdan keçiriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır k, sözügedən texnologiya şiş xəstəliklərinin təkrar yaranmasının qarşısını almağa imkan verir. Alimlərin sözlərinə görə, onlar bu metodun köməyi ilə şiş hüceyrələrinin 96%-ni məhv etməyə nail olublar.

Yeni qurğu, həmçinin 1 litr qanı 1 saat ərzində təhlil edir ki, bu göstərici analoqlardan çox sürətlidir.

Emil Hüseynov

 

PAYLAŞ