“Airbus” təyyarələr üçün “ağıllı” salon nümayiş etdirib

1555

“Airbus” şirkəti “Connected Experience” adlı “ağıllı” sərnişin salonu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, “Airbus Connected Experience” layihəsinin məqsədi bort baxıcılarının işini asanlaşdırmaqdan ibarətdir. Uçuş zamanı qurğular sistemi oturacaq, baqaj rəfləri, işıqlandırma sistemləri və digər salon elementlərini skan edəcək. Əldə edilən informasiya real vaxt rejimində ekipaja məxsus “iPad” planşetinin xüsusi proqramında göstəriləcək. Bu, uçuş zamanı vəziyyəti daha tez qiymətləndirməyə imkan verəcək.

Bundan başqa, “ağıllı” salon bir sıra interaktiv rabitə vasitələri ilə təchiz ediləcək. Belə ki, sərnişinlər şəxsi smartfonları vasitəsilə salonun ekosisteminə qoşula və lazımi məlumat əldə edə və ya aviaşirkət tərəfindən təqdim edilən əlavə funksiyalardan istifadə edə biləcəklər.

Həmçinin təyyarəyə minməmişdən əvvəl smartfondan istifadə etməklə və baqaj bölmələrində mövcud boş yerlərin siyahısı ilə tanış olmaqla çamadan üçün yer bronlamaq mümkündür. “Ağıllı” oturacaqlar söykənəcəyin duruşu üzrə fərdi quraşdırmaları yadda saxlayacaq və ona növbəti uçuşdan əvvəl düzəlişlər edəcək.

Bundan əlavə, smartfon vasitəsilə yemək və içki sifarişi imkanlarının tətbiqi planlaşdırılır. Quraşdırılmış əyləncə multimedia sistemləri daha çox edilən sorğuları nəzərə alaraq konkret sərnişin üçün uyğun kontenti avtomatik seçəcək. Həmçinin öndəki oturacağın söykənəcəyinin ekranlarına görüntünün smartfondan ötürülməsi funksiyası tətbiq ediləcək.

“Airbus Connected Experience” sistemləri “А320” seriyalı təyyarələrdə quraşdırılacaq. Gələcəkdə “ağıllı” platformanın digər modellərdə də tətbiqi planlaşdırılır.

Nizam Nuriyev

PAYLAŞ