Akademik Əli Musa oğlu Quliyevin 100 illiyinə həsr olunmuş konfrans

1299

12-14 iyun 2012-ci il tarixlərdə Bakıda AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda üzvi kimya, neft kimyası və neft emalı sahəsində görkəmli alim, AEA-nın akademiki, respublikanın əməkdar elm xadimi, Azərbaycan və iki dəfə SSRI Dövlət mükafatı laureatı, kimya elmləri doktoru, professor, AMEA Aşqarlar Kimyası Institutunun ilk direktoru Əli Musa oğlu Quliyevin 100 illik yubileyinə həsr olunmuş “Materialların keyfiyyətini yaxşılaşdıran və onları mühafizə edən aşqar və reagentlər” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransda akademik, sahə və Təhsil Nazirliyi institutlarının əməkdaşları tərəfindən təqdim olunmuş 141 elmi məruzə dinləniləcək.

PAYLAŞ