AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev 13-14 may 2019-cu il tarixində Çex Respublikasının paytaxtı Praqa şəhərində keçiriləcək Kimya və Tibbi Kimya üzrə 9-cu Dünya Konqresinə dəvət olunmuşdur. Qeyd etmək lazımdır ki, akademik Fərzəliyevə bu mötəbər tədbirdə əsas məruzəçi kimi çıxış etmək təklif olunmuşdur.