Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev dünyaca məşhur jurnal olan “Scientific Reports” tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.
İnstitutdan verilən məlumata görə, o, 2025-ci ildə jurnaldan göndərilən əlyazmaya rəy verməklə sözügüdən jurnalın beynəlxalq bazalarda mövqeyinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin yüksəldilməsinə verdiyi töhfələrə görə sertifikatla təltif olunub.
Məlumat üçün bildirək ki, impact faktoru 3,9 5 illik təsir faktoru isə 4,9 olan “Scientific Reports” təbiət elmləri, tibb və mühəndisliyin geniş spektrinə diqqət yetirən, Nature Research tərəfindən nəşr olunan çoxsahəli, açıq girişli jurnaldır.
Journal Citation Reports-a əsasən, Q1 kateqoriyalı “Nature” nəşriyyatının jurnalıdır.