Akademik Vaqif Fərzəliyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub

172

Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında Elm Günü münasibətilə “Elm Günü və Günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda təntənəli tədbir keçirilib.

Tədbirdə ölkə başçısının 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüş şəxslərə mükafatları təqdim olunub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev elmi  və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023)”  Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Akademiki təbrik edir, işlərində uğurlar arzulayırıq.

PAYLAŞ