AKİ alimlərinin məqaləsi ən çox istinad olunan məqalələrin reytinq siyahısında ilk onluğa daxil olub

86

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı alimlərinin nüfuzlu “Wiley” nəşriyyatına daxil olan “ChemistrySelect” jurnalında dərc etdirdikləri “Azot əsaslı yeni heterotsiklik birləşmələrin sintezi, xarakteristikası, molekulyar dokinq və asetilxolinesteraza, α-qlikozidaza enzim inhibitorlaşma istiqamətləri” adlı məqaləsi jurnalın 2024-cü il üzrə ən çox istinad olunan məqalələrin reytinq siyahısında ilk onluğa daxil olub. Buna görə “Wiley” nəşriyyatı məqalənin ilk müəllifi olan AKİ-nin baş direktoru akademik Vaqif Fərzəliyevi sertifikatla təltif edib.

Məlumat üçün bildirək ki, azot əsaslı yeni heterosiklik birləşmələr hər iki metabolik fermentə qarşı effektiv inhibə profilləri nümayiş etdirmişdir. Bu nəticələr, xüsusən də geniş yayılmış bəzi xəstəliklərin müalicəsi üçün yeni dərmanların inkişafına kömək edə bilər .

Məqaləyə qısa müddətdə dünya alimləri tərəfindən 23 istinad edilib.

 

PAYLAŞ