Alimlər koronavirusun tənəffüs xəstəliklərinə aid olduğunu inkar etdilər

614

Kaliforniya Universitetinin alimləri belə bir nəticəyə gəliblər ki, koronavirus tənəffüs yolları deyil, damar xəstəliklərinə aiddir. Araşdırma Journal Circulation Research jurnalında dərc olunub.

Mütəxəssislər koronavirusun qan dövranı sisteminə necə təsir etdiyini araşdırıblar. Məlum olub ki, onun tərkibindəki zülal hüceyrələrin mitoxondriyasını məhv edir.

Alimlər məhz onun ürək-damar sistemi üçün ən təhlükəli olduğunu sübut etmişlər. Belə ki, tədqiqatçılar yalnız bu zülaldan ibarət olan süni bir virus yaratmışlar. Onun fəaliyyəti, öz növbəsində, damar divarlarının endotelinin zədələnməsinə gətirib çıxarır. Mütəxəssislərə görə, COVID-19 xəstələrində ağciyər sisteminin toxumaları əvvəlcə iltihablanır və yalnız bundan sonra tənəffüs problemləri başlayır. Bu, xəstələrdə niyə qan dövranı pozuntuları ilə əlaqədar insult və ya digər mürəkkəbləşmənin müşahidə olunduğunu izah edir.

Bundan əvvəl terapevt Georgiy Sapeqo viruslu sətəlcəm fonunda ağır COVID-19 forması olan xəstələrdə dərin damar iltihabının inkişaf edə biləcəyini və qan laxtalanmasını poza biləcəyini söyləmişdi. Bunun üçün xəstəxanada müalicə tələb olunur. Evə buraxıldıqdan sonra bu xəstələrə qan laxtalanmasının qarşısını almaq üçün dərmanlar təyin edilə bilər.

PAYLAŞ