Alimlər qəhvənin ölüm riskini azaltmaq qabiliyyətini sübut etmişlər

49

İngiltərə alimləri qəhvənin xroniki qaraciyər xəstəliyi riskini azaltdığını aşkar etmişlər. The Guardian-a görə mütəxəssislər onun bu kimi hallarda ölüm ehtimalını azaltmaq qabiliyyətini də sübut etmişlər.

Tədqiqatçılar genetik və ətraf mühit amillərinin tapılmasına yönəlmiş Britaniya biobankı adlı layihə çərçivəsində 494.585 iştirakçının məlumatlarını təhlil etmişlər. Bu eksperimentdə 40 – 69 yaşlı könüllülər iştirak etmişlər. Onların əksəriyyəti (384.818 nəfər) qəhvəni xoşladıqlarını etiraf etmiş, qalanları (109.767 nəfər) ondan istifadə etmədiklərini  söyləmişlər.

Mütəxəssislər  təxminən 11 il ərzində iştirakçıların qaraciyərlərinin vəziyyətini  müşahidə etmişlər və 3600 xroniki qaraciyər xəstəliyi, 301 ölüm və 1839 qaraciyərin piylənməsi xəstəliyini qeyd etmişlər. Tədqiqatçılar həmçinin, iştirakçıların bədənlərinin kütlə indeksi, alkoqoldan istifadə və siqaret çəkmə kimi amilləri də nəzərə almışlar.

Aparılmış analiz nəticəsində alimlər müəyyən etmişlər ki, qəhvə içənlərin xroniki qaraciyər xəstəliyi və ya qaraciyərin piylənməsi xəstəliyi ilə qarşılaşma riski ehtimalı 20% azdır. Bundan əlavə, qəhvə içənlərin bu səbəblərdən ölmə riski digər qrupa nisbətən 49% daha az idi.

“İngiltərədə sübut olunub ki, qəhvə içmək insanı ağır qaraciyər xəstəliklərindən qoruyur” professor Pol Roderik və tədqiqatının həmmüəllifi olan Sauthempton Universitetinin nümayəndəsi belə demişlər. Tədqiqat nəticəsində alimlər qəhvənin qaraciyərin sağlamlığı üçün mübarizədə təsirli bir vasitə olduğunu təklif etmişlər.

Mütəxəssisin fikrincə, qəhvəni ən yaxşı yeməklər arası içmək lazımıdır. Bu yanaşma yalnız qəhvənin faydalı xüsusiyyətlərini deyil, həm də bədəndəki mineral balansını qorumağa kömək edəcəkdir.

 

 

PAYLAŞ