Alimlər internetin beyinə təsirini araşdırıblar

1639

İnternetin insanların psixi sağlamlığı və düşünmə qabiliyyətinə təsiri mövzusunda onlarla elmi işi təhlil etmiş Oksford və Harvard universitetləri, London Kral Kolleci və Qərbi Sidney Universitetinin işləyən alimlər qrupunun qənaətinə görə, internetdən izafi istifadə diqqətin konsentrasiyası müddətini aşağı salır və yaddaşı pisləşdirir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, daima üzə çıxan bildirişlər, abunələr, mesajlar, endirimlər haqqında təkliflər və veb-sörfinq zamanı diqqəti yayındıran digər amillər beynin funksiyalarına birbaşa təsir edir. Məsələn, fikri cəmləmək qabiliyyəti pisləşir. Lakin kağız jurnalın oxunması belə təsir göstərmir.

Digər bir risk internetin “xarici yaddaş”a çevrilməsi ilə bağlıdır: insanlar informasiya əldə etmək üçün daha çox smartfondan istifadə edirlər. Ancaq axtarılıb tapılmış məlumatları yadda saxlamaq əvəzinə, beyin yalnız həmin məlumatları harada tapmaq lazım olduğunu qeydə alır.

Emil Hüseynov

PAYLAŞ