Alimlər özü yanacaq olan raket ixtira ediblər

2112

Raketin  gövdəsi bərk yanacaq və oksidləşdiricidən ibarət olacaq. Bunun sayəsində orbitə daha az zibil düşəcək.

Yeni raketin gövdəsi bərk yanacaqdan olan  boş borudur. Daxildə o, toz şəkilli oksidləşdirici ilə doldurulur. Uçuş zamanı raket yavaş-yavaş gövdəsini  “yeyir”. Nəticədə, uçuş “tullantısız” olur – raketin qalıqları  Yerə düşmür və orbitdə qalmır.

Layihənin aparıcı mütəxəssisi Patrik Harkness deyir:” Daşıyıcı raketlər, bir qayda olaraq,  çox böyükdür – çünki orbitə çıxmaq üçün çox yanacaq tələb olunur. Daşıyıcının ölçüsü azalanda yanacağın həcmi bütün strukturun kütləsindən daha sürətlə düşür. Buna görə miniatürləşmənin  öz həddi var “.”Bizim autofaq raketlə vəziyyət tamamilə fərqlidir. Biz daşıyıcının ölçüsünü orbitə çatdırılmalı olan peykin ölçüsünə uyğunlaşdıra bilərik”.

Layihəni Şotlandiya mütəxəssisləri Dnepr Milli Universitetindən ukraynalı alimlərlə birgə həyata keçirirlər. Beynəlxalq komanda işinin nəticəsini, Spacecraft və Rockets jurnalında nəşr etmişdir. Tədqiqatçılar laboratoriyada 60 saniyə ərzində mühərriyin davamlı işinə artıq nail olmuş və göstərmişlər ki, yanma kamerasına yanacaq çubuğunun verilmə sürətini dəyişərək mühərriyin gücünün dəyişmək olar.

 

PAYLAŞ