Alüminium və qrafendən hazırlanmış yeni akkumulyatorlar 60 dəfə daha sürətli enerji toplayırlar

961

Avstraliyanın “Graphene Manufacturing Group” (GMG) şirkəti tərəfindən alüminium və qrafendən hazırlanmış akkumulyatorlar litium-ion əsaslı akkumulyatorlardan 60 dəfə daha sürətli enerji toplayırlar.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, yeni akkumulyatorların əsas üstünlüyü onların istehsalının daha ucuz başa gəlməsi, nadir tapılan metallardan istifadə edilməməsi, yanmaması, olduqca böyük cərəyana və geniş işçi temperatur diapazonuna dayanıqlı olmasıdır.

Şirkət rəsmilərinin məlumatına görə, 2024-cü ildən bu akkumulyatorların istehsalına başlamaq planlaşdırılır.

PAYLAŞ