AMEA Aşqarlar Kimyası İnstitutu Həmkarlar Təşkilatı YAŞAT Fonduna ianə köçürüb

1216

Azərbaycan Milli Elmlər Akademiyasının akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Həmkarlar Təşkilatı Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan YAŞAT Fonduna vəsait ayırmışdır. Təşkilat bu məqsədlə fondun hesabına 1000 manat məbləğində vəsait köçürüb.

Məlum olduğu kimi, ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vermək üçün Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında YAŞAT Fondu yaradılıb. Ölkə başçısı tərəfindən yaradılan fondun əsas məqsədi Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verərək maliyyə yardımlarının göstərilməsi, borc öhdəliklərinin qarşılanması, müalicə, təhsil və digər xərclərin qarşılanması kimi tədbirlərin həyata keçirilməsidir.

 

PAYLAŞ