Azərbaycan Milli Elmlər Akademiyasının akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun kollektivi Azərbaycan Ordusuna dəstək məqsədilə könüllü olaraq toplanmış 14 min manat vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüb.