AMEA Aşqarlar Kimyası İnstitutu və BDU alimlərinin müştərək məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub

2025

Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev və laboratoriya müdiri, dosent Əfsun Sucayevin Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov, professor Məlahət Qurbanova, doktorant Arzu Sadıqova və türk həmkarları ilə birgə beynəlxalq müştərək tədqiqatlar çərçivəsində impakt faktoru 2,288 olan Tomson Reuters beynəlxalq bazada referatlaşdırılmış nüfuzlu xarici jurnalda (Abel Maharramov,  Ruya Kaya,  Parham Taslimi,  Malahat Kurbanova,  Arzu Sadigova,  Vagif Farzaliyev, Afsun Sujayev,  İlhami Gulçin, Synthesis, crystal structure, and biological evaluation of optically active 2‐amino‐4‐aryl‐7,7‐dimethyl‐5‐oxo‐5,6,7,8‐tetrahydro‐4H‐chromen‐3‐carbonitriles: Antiepileptic, antidiabetic, and anticholinergics potentials, Archiv der Pharmazie, First Published:  2 January 2019, Volume 352, Issue 1, https://onlinelibrary.wiley.com/doi/full/10.1002/ardp.201800317) məqaləsi dərc olunub.

Məqalə optiki fəallığa malik olan yeni xromen əsaslı birləşmələrin sintezi, molekulyar quruluşunun tədqiq və onların aniepileptik, andiapetik və antixolinergik xassələrinin müfəssəl tədqiqinə həsr olunumuşdur

PAYLAŞ